İdman

Avropa çempionatında rekorda imza atan gənc boksçular Vətənə dönüblər – FOTO

Sharing is caring!


Monteneqronun Budva şəhərində keçirilən Avropa çempionatında 22 yaşadək boksçular arasında medal sayında yeni rekord vuran Azərbaycan milli komandasının üzvləri Vətənə dönüblər.

“Report” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda gənc boksçuların qarşılanma mərasimi olub.

Milli komandanın üzvlərini idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, atletlər və mətbuat nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, komanda Avropa çempionatında beş medal qazanmaqla tarixi ilki reallaşdırıb. İndiyədək boksçular analoji yarışda dörd dəfə fəxri kürsüyə yüksəlmişdilər. 2012-ci ildə Rusiyada, 10 il sonra Xorvatiyada milli komanda bir qızıl, bir gümüş və iki bürünc medala yiyələnmişdi. Bu dəfə beş medal isə qitə çempionatında yeni rekorddur.

Bu yaş qrupunda Nicat Hüseynov (51 kiloqram) ikiqat Avropa çempionu tituluna da yiyələnib. Onadək 2012-ci ildə Elvin İsayev (60 kiloqram), 2019-cu ildə Məhəmməd Abdullayev (+91 kiloqram) qitə birinciliyinin qızıl medalına sahib olublar.

U-22 Avropa çempionatı həm də qadınların yarışında Azərbaycanın ilk medalını qazanması ilə əlamətdar olub. Komandanın heyətində Marjona Savriyeva (50 kiloqram) üçüncü olmaqla, adını Azərbaycanın boks tarixinə yazdırıb.

Qeyd edək ki, Avropa çempionatında Nicat Hüseynov (51 kiloqram) qızıl, Əzrək Bəbirov (57 kiloqram) gümüş, Tural Sarıyev (48 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Marjona Savriyeva (50 kiloqram) bürünc medal qazanıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir