Dünya

Pakistanda sel qurbanlarının sayı 1061-ə çatdı – FOTO

Sharing is caring!

Pakistanda son 24 saat ərzində leysan yağışları nəticəsində 28 nəfər həlak olub, 48 nəfər yaralanıb.

Bu barədə ölkənin Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyi məlumat yayıb.

İyunun 14-dən etibarən ölkə daxilində davam edən leysan yağışlarında həyatını itirənlərin sayı 1061-ə, yaralıların sayı isə 1575-ə çatıb.

Güclü yağışlar nəticəsində 992 871 evə ziyan dəyib, 727 144 təsərrüfat heyvanı tələf olub.

İqlim dəyişiklikləri naziri Şəri Rəhman “Twitter” səhifəsində verdiyi açıqlamada Pakistanın ciddi bir iqlim fəlakəti yaşadığını və bunun son 10 ildə qarşılaşdığı ən çətin fəlakətlərdən biri olduğunu bildirib.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir