İdman

Şahmat yığmamız AÇ-də növbəti qələbəsini qazandı

Sharing is caring!


Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında III turun oyunları keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi bu dəfə İsveçi üstələyib.

Milli 3,5:0,5 hesabı ilə qələbə qazanıb. Azərbaycan millisində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Vasif Durarbəyli partiyaları qələbə ilə başa vurublar. Teymur Rəcəbov heç-heçə oynayıb.

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi itkisiz irəliləyir. III turda xanım şahmatçılar Polşanı məğlub ediblər – 3:1. Şahmatçılardan Günay Məmmədzadə və Gülnar Məmmədova heç-heçəyə razılaşıblar, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva qələbə qazanıblar. 

Bu gün Avropa çempionatında IV turun görüşləri keçiriləcək. Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Xorvatiya, qadın şahmatçılar isə Fransa ilə qarşılaşacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir