İdman

İkardi Türkiyə Super Liqasının tarixinə düşdü

Sharing is caring!


“Qalatasaray”ın hücumçusu Mauro İkardi Türkiyə Super Liqasının tarixinə düşüb.

Belə ki, o, Super Liqada 32 oyunda 30 qol vuraraq buna ən tez nail olan (2007-2008-ci illərdən sonra) futbolçu adını qazanıb. M.İkardi bu uğura “Antalyaspor”la matçda müvəffəq olub.

Bu göstərici baxımından birinci pillədə 33 matçda 30 qol vurmuş Mbaye Dian qərarlaşmışdı.

Qeyd edək ki, Türkiyə Super Liqasının səkkizinci turu çərçivəsində “Qalatasaray”ın “Antalyaspor”u 2:0 hesabı ilə məğlub etdiyi oyunda argentinalı forvard bir qol vurub və 1 məhsuldar ötürmə verib.

Mənbə: NTV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir