Bölgə

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Dilman kəndində növbəti səyyar qəbul keçirib.

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 20 iyul 2022-ci il tarixdə Dilman kəndində növbəti səyyar qəbul keçirib.
Səyyar qəbulda vətəndaşlar tərəfindən Dilman kəndinda 2019-cu ildə baş vermiş zəlzələ nəticəsində ziyan çəkmiş fərdi yaşayış evlərinin təmiri, Xatman və Dilman kəndlərində rabitə və internet şəbəkəsinə qoşulma, köhnəlmiş elektrik dayaqlarının yenisi ilə əvəz edilməsi, Dilman kəndinə verilən təbii qazın təzyiqinin artırılması ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müracətlərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir