Dünya

Türkiyə kəşfiyyatı qırmızı kateqoriyada axtarışda olan terrorçunu zərərsizləşdirdi – FOTO

Sharing is caring!


Türkiyə Milli Kəşfiyyat Təşkilatı qırmızı kateqoriyada axtarışda olan terrorçunu zərərsizləşdirib.

PKK/KCK-nın qırmızı kateqoriyasında axtarılan qondarma Kərkük vilayətinin rəisi Remzi Avcı təşkilat tərəfindən İraqın şimalındakı Süleymaniyyə şəhərində zərərsiz hala gətirilib.

“Çiya Amed” kod adlı Remzi Avcı Diyarbakırda təhlükəsizlik qüvvələrinə qarşı təşkil edilən aksiyalara görə məsul şəxslərdən biri olub. Avcı da terrora görə axtarışda olanlar siyahısında “Qırmızı kateqoriya”da olub.

1992-ci ildən bu günə qədər Türkiyəyə qarşı birbaşa silahlı fəaliyyətlər həyata keçirən, həm ölkə daxilində, həm də xaricdə dəfələrlə qaçmağı bacaran Avcının bütün fəaliyyəti MİT tərəfindən nəzarətə götürülüb və nəticədə ələ keçirilib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir