İdman

Azərbaycanın qılıncoynatma yığması Dünya Kubokunda doqquzuncu yeri tutub

Sharing is caring!


Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Əlcəzairdə keçirilən Dünya Kubokunun mərhələ yarışında 9-cu yeri tutub.

Bu barədə Azərbaycan Qılıncoynatma Federasiyası məlumat yayıb.

Bildirilib ki, Anna Başta, Səbinə Kərimova, Palina Kaspiaroviç və Valeriya Bolşakovadan ibarət kollektiv komanda yarışında qüvvələrini sınayıblar.

Yaponiyaya 36:45 hesabı ilə məğlub olaraq ən güclü səkkizliyə yüksəlmək şansını əldən verən sablyaçılarımız 9-cu yer uğrunda görüşlərdə Rumıniya (45:37), Çin (45:44) və Polşa (45:40) yığmalarına qalib gəliblər.

Sablyaçıların şəxsi yarışında yalnız Valeriya Bolşakova ən güclü “32-liy”ə yüksəlməyi bacarıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir