İdman

Moldovalı gimnast: “Ocaq” Beynəlxalq Kubokunun bürünc medalı mənə Bakı səfərimi xatırladacaq”

Sharing is caring!


“Bakıya ilk səfərimi bədii gimnastika üzrə 2-ci “Ocaq” Beynəlxalq Kubokunda qazanılan bürünc medal xatırladacaq”.

Bu barədə Trend-ə 2012-ci il təvəllüdlü gimnastlar arasında (B qrupu) halqa ilə hərəkətlər proqramında bürünc medal qazanan, Moldova idmançısı Elizaveta Bodruq deyib.

“Bakıya yarışa geləndə mükafatlar haqqında düşünmürdüm, əsas o idi ki, proqramı yaxşı təqdim edim. İndi də “Ocaq” kubokunun bürünc medalı Azərbaycanda keçirdiyim xoşbəxt günləri xatırladacaq”, – deyə gənc gimnast bildirib.

Moldovadan olan idmançı qeyd edib ki, turnir zamanı o, iki proqram – alətsiz hərəkətlər proqramı və halqa ilə kompozisiya ilə çıxış edib:

“Bakıdakı Gimnastika Arenasında yarış döşəyinin üzərinə çıxanda yarışın miqyasını hiss edirsən. Şadam ki, həmin turnirdə iştirak etmək imkanım oldu”.

Qeyd edək ki, 10-12 noyabr tarixlərində 2-ci “Ocaq” Beynəlxalq Kuboku keçirilir. Yarışda fərdi proqramda 325 gimnast, qrup hərəkətlərində isə 21 komanda çıxış edir. Ümumilikdə 2-ci “Ocaq” Beynəlxalq Kubokunda 14 ölkədən nümayəndələr iştirak edirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir