Dünya

Ərdoğan Yaxın Şərqin nüvəsizləşdirilməsini təklif edib

Sharing is caring!


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin nüvə silahı ilə bağlı müzakirələrlə əlaqədar region ölkələrinə nüvəsizləşdirmə konfransı keçirməyi təklif etdiyini bildirib.

O, İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının fövqəladə zirvə toplantısının keçirildiyi Ər-Riyaddan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamalar verib.

“Biz ilk dəfə olaraq İsrailin nüvə silahlarına dair məlumatlar fonunda nüvəsizləşdirmə üzrə regional konfrans keçirməyi təklif edirik. Problemin taktiki və strateji komponentləri var. Bu iki komponent bir-biri ilə yaxından bağlıdır”, – Ərdoğan bildirib.

Dövlət başçısının sözlərinə görə, Türkiyəsiz regionda təşəbbüslər həyata keçirmək, planlar qurmaq mümkün deyil.

“Problemin həlli üçün ən uyğun təklifləri verən ölkə Türkiyədir. Bölgədəki böhranların və problemlərin həllində əsas ölkə Türkiyədir. Türkiyə yeganə ölkədir ki, coğrafiyamızda olan bütün ölkələrlə görüşə, münaqişə edən və döyüşən tərəfləri bir masa arxasında toplaya bilər”, – deyə Prezident bəyan edib.

Dövlət başçısı həmçinin BMT-nin yox olmaması üçün onun islahatlara ehtiyac duyduğunu qeyd edib. O, Avropa İttifaqının Türkiyə və Yaxın Şərqə yanaşmasını yanlış adlandırıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir