İdman

Nazim Sadıxov rusiyalı Vyaçeslav Borşovla UFC-də üz-üzə gəlib – VİDEO

Sharing is caring!


Azərbaycanlı məşhur MMA döyüşçüsü Nazim Sadıxovun UFC-də növbəti görüşü baş tutub.

Oxu.Az xəbər verir ki, həmyerlimiz “UFC 295” turniri çərçivəsində rusiyalı Vyaçeslav Borşovla üz-üzə gəlib.

Qarşılaşma üç raund davam edib. N.Sadıxov döyüşdə üstünlüyü əldən verməsə də, sonda qalib müəyyənləşməyib.

Qeyd edək ki, Nazim Sadıxovun UFC-də iki, ümumən isə MMA karyerasında doqquz qələbəsi var. O, daha əvvəl “UFC Veqas 77” turniri çərçivəsində amerikalı Terrens Makkinni boğucu fəndlə məğlub edərək qələbə qazanıb.

Nazimin rusiyalı rəqibi V.Borşov karyerası ərzində keçirdiyi yeddi döyüşdə qalib gəlib, üç dəfə məğlub olub. Maraq üçün deyək ki, sözügedən təşkilatda Azərbaycan bayrağı ilə çıxış edən digər MMA ustamız Rafael Fiziyevdir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir