Cəmiyyət

Bakı-Sumqayıt qatarlarının əvvəlki hərəkət qrafiki bərpa olunur

Sharing is caring!

Sabahdan Bakı-Pirşağı-Sumqayıt-Bakı, eləcə də Bakı-Xırdalan-Sumqayıt-Bakı şəhərətrafı sürət elektrik qatarlarının əvvəlki qrafiki bərpa olunur. Belə ki, hərəkət cədvəlində dəyişiklik edilmiş bəzi reyslər ənənəvi qrafik üzrə fəaliyyət göstərəcək.

Bu barədə Oxu.Az-a “Azərbaycan Dəmir Yolları” ASC məlumat yayıb.

Məlumata görə, Bakı-Xırdalan-Sumqayıt-Bakı sürət elektrik qatarlarına və Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarına minmə-düşmə də əvvəlki qaydada Biləcəri stansiyasının həm meydan, həm də əks tərəfində aparılacaq.

Həmçinin Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarlarının hərəkət qrafiki də əvvəlki qaydada tənzimlənəcək.

Xatırladaq ki, 3-14 sentyabr tarixlərində Biləcəri – Keşlə sahəsində kontakt naqilinin dəyişdirilməsi ilə əlaqədar Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən elektrik qatarlarının qrafiklərində müvəqqəti dəyişikliklər edilib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir