İdman

Premyer Liqa: “Neftçi” “Sumqayıt”a məğlub oldu – VİDEO

Sharing is caring!


Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, günün ilk matçında “Neftçi” “Sumqayıt”ı qəbul edib.

“Neftçi Arena”dakı qarşılaşma “gənclik şəhəri” təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində Ataa Caber 35-ci dəqiqədə hesabı açıb. Qonaqlarda Masaki Murata 56-cı dəqiqədə tarazlığı bərpa edib. 69-cu dəqiqədə Roi Kehat “Sumqayıt”ın ikinci qoluna imza atıb.

Qeyd edək ki, turun “Zirə” – “Qəbələ” və “Qarabağ” – “Səbail” oyunları noyabrın 12-də gerçəkləşəcək. Ötən gün açılış matçında “Kəpəz” “Araz-Naxçıvan”ı minimal hesabla üstələyib – 1:0.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir