İdman

Messi “Qızıl top”u azarkeşlərə təqdim etdi – VİDEO

Sharing is caring!


“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi “Nyu-York Siti” ilə yoldaşlıq oyununun başlanğıcında meydana “Qızıl top”la daxil olub.

36 yaşlı argentinalı karyerasında səkkizinci dəfə qazandığı “Qızıl top”u yerli publikaya nümayiş etdirib.

“Bu sevinci hamınızla bölüşmək çox xoşdur. Mən burada yeniyəm, amma elə gəlir ki, uzun müddət keçib. Mən təkcə burada olanlara deyil, Mayamidəki hər kəsə təşəkkür etmək istərdim. Gələn il daha yaxşı olacağına şübhəm yoxdur. Biz bu uğurdan həzz almağa, daha çox titul qazanmağa çalışacağıq və ümid edirəm ki, siz bizimlə olacaqsınız”, –  deyə Lionel Messi vurğulayıb.

Mənbə: ESPN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir