Siyasət

Səfir: “Aksiya vasitəsilə ağacların qlobal istiləşmə ilə mübarizədə faydasına diqqət yönəltməyə çalışdıq”

Sharing is caring!


“Bu gün Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2019-cu ildə Türkiyədə başlatdığı Milli Ağaclandırma Günü hərəkatı çərçivəsində Bakıda türkdilli dövlətlərin nümayəndələri ilə birlikdə qardaş ölkədə keçirilən ağacəkmə aksiyasında iştirak etdik. Aksiyaya Azərbaycanda fəaliyyət göstərən məktəblərimizin şagird və müəllim heyəti, Tacikistan səfirliyinin və FAO-nun nümayəndələri qoşulublar. Aksiya vasitəsilə qlobal istiləşməyə, iqlim dəyişmələrinə, yağıntıların miqdarının azalmasına, ağacların, yaşıllıqların həmin ekoloji problemlərlə mübarizəyə faydasına diqqət çəkməyə çalışdıq. Bu problemlərə diqqəti R.T.Ərdoğan bu hərəkat vasitəsilə yönəldib. Həyat yoldaşı Əminə Ərdoğan isə onun bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu ekoloji problemlərin həlli istiqamətində böyük işlər görməkdədir”.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı jurnalistlərə müsahibəsində deyib.

“Bu gün aksiya zamanı biz xeyli zeytun ağacı əkdik. Zeytun iqtisadi dəyəri yüksək olan strateji məhsullardan biridir. Azərbaycanda zeytun əkilməsi getdikcə artmaqdadır. Bugünkü aksiyanın bir xüsusiyyəti zeytunun iqtisadi dəyərinə diqqətin yönəldilməsidir”, – deyə C.Bağçı qeyd edib.

C.Bağçı Türkiyədə bu gün kampaniya çərçivəsində 5 milyon 2 min 23 ağac əkiləcəyini də diqqətə çatdırıb.

Qeyd edək ki, bu ildən 11 noyabr tarixi “Türk dövlətləri Milli Ağaclandırma Günü” kimi qeyd olunur və Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrdə kütləvi ağacəkmə aksiyaları keçirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir