İdman

Azərbaycanlı futbolçunun komandasında qalmaqal – FOTO

Sharing is caring!


Millimizin üzvü Bəxtiyar Həsənalızadənin formasını geyindiyi Türkiyə birinci liqa təmsilçisi “Tuzlaspor”da xoşagəlməz hadisə yaşanıb.

Belə ki, klubun prezidenti Mehmet Berzan İlhanlı qanunsuz mərc oyunlarında iştirak etmək və çirkli pulları yumaqda ittiham olunur.

Hazırda hadisə ilə bağlı ilkin araşdırma aparılır.

Qeyd edək ki, “Tuzlaspor” 11 turdan sonra 8 xalla birinci liqada 17-ci pillədə qərarlaşıb.

Azərbaycan yığmasının üzvü Bəxtiyar Həsənalızadə isə komanda ilə 8 görüşdə meydanda olub və bir dəfə fərqlənə bilib.

Mənbə: Hürriyet

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir