Cəmiyyət

Ucarda zəncirvari qəza: On nəfər xəsarət aldı – FOTO

Sharing is caring!


Ucarda yeddi nəfərin xəsarəti ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə bu gün Ucar-Zərdab yolunun Ucar rayonunun Lək kəndindən keçən hissəsində baş verib.

Rəşad Lətifovun idarə etdiyi “Mercedes” və Cəlal Cəfərovun idarə etdiyi “Toyota Corolla” markalı minik avtomobilləri Sərvan Ağayevin yol kənarında saxladığı “Mercedes” markalı minik maşınına çırpılıblar.

Nəticədə 10 nəfər xəsarət alıb.

Bunlar – “Mercedes”in sürücüsü Rəşad Lətifov, onun sərnişini Bənurə adlı xanım, “Toyota”nın sürücüsü Cəlal Cəfərov, sərnişinləri – 1968-ci il təvəllüdlü Mehparə Xudayeva, 1956-cı il təvəllüdlü Solmaz Xudayeva, Qazağıstan vətəndaşları – 2000-ci il təvəllüdlü Rutkay Ceylan, anası 1975-ci il təvəllüdlü Marqarita Ceylan və atası Türkiyə vətəndaşı 1968-ci il təvəllüdlü Riza Ceylandır.

Hələlik 2 nəfərin şəxsiyyəti dəqiqləşməyib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir