Dünya

Bu gün Avropanın yaşıl meydanlarında keçiriləcək futbol qarşılaşmaları – AFİŞA

Sharing is caring!


Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol qarşılaşmaları keçiriləcək.

Oxu.Az xəbər verir ki, İngiltərə Premyer Liqasında VII turun mərkəzi matçı Londonda “Arsenal” və “Mançester Siti” arasında baş tutacaq. Ötən tur “Tottenhem”ə uduzan “Liverpul”u “Brayton”la, Çempionlar Liqasında Fransa PSJ-sini darmadağın edən (4:1) “Nyukasl”ı “Vest Hem”lə səfər oyunu gözləyir.

Fransa Liqa 1-də son çempion PSJ “Renn”in qonağı olacaq.

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan Leverkuzen “Bayer”i Almaniya Bundesliqasının VII turunda autsayder “Köln”ü sınağa çəcəkək. Qələbə “Bayer”i zirvəyə yüksəldəcək. “Bavariya” isə bu tur “Frayburq”la üz-üzə gələcək.

İtaliya A Seriyasında son çempion “Napoli” “Fiorentina”nı qəbul edəcək. Mövsümə uğursuz başlayan “Roma” “Kalyari” ilə qarşılaşacaq. Paytaxt təmsilçisi bu matçda qələbə qazana bilməsə, baş məşqçi Joze Mourinyonun istefaya göndəriləcəyinə dair xəbərlər var.

İspaniya La Liqasında son çempion “Barselona” autsayderlər sırasında qərarlaşan “Qranada” ilə üz-üzə gələcək. “Atletiko Madrid” “Real Sosyedad”la münasibətlərinə aydınlıq gətirəcək.

Türkiyə Super Liqasında “Fənərbağça” “Kasımpaşa”ya qalib gəlməklə liderliyi geri qaytarmağa çalışacaq. Baş məşqçisi Şenol Güneşlə yollarını ayıran “Beşiktaş” “İstanbulspor”u sınağa çəkəcək.

İngiltərə Premyer Liqası

17:00. “Brayton” – “Liverpul”

17:00. “Vest Hem” – “Nyukasl”

19:30. “Arsenal” – “Mançester Siti”

Fransa Liqa 1

23:00. “Rsnn” – PSJ

Almaniya Bundesliqası

17:30. “Bayer” (Leverkuzen) – “Köln”

19:30. “Bavariya” – “Frayburq”

İtaliya A Seriyası

20:00. “Kalyari” – “Roma”

22:45. “Napoli” – “Fiorentina”

İspaniya La Liqası

18:15. “Atletiko Madrid” – “Real Sosyedad”

23:00. “Qranada” – “Barselona”

Türkiyə Super Liqası

17:00. “Beşiktaş” – “İstanbulspor”

20:00. “Kasımpaşa” – “Fənərbağça”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir