İdman

Azərbaycan idmançıları Qazaxıstanda yeddi medal qazanıblar

Sharing is caring!


Azərbaycan idmançıları Qazaxıstanda keçirilən II Türk Dövlətləri Universiadasında yeddi medal qazanıblar.

“Report”un məlumatına görə, milli üzvləri 3 qızıl, 2 gümüş, 2 bürünc medala yiyələniblər.

Cüdoçu Ramilə Əliyeva (48 kq), sərbəst güləşçilər Camal Abbasov (61 kq) və Sabir Cəfərov (70 kq) Universiadanın qalibi olublar.

Sərbəst güləşçilərdən Aydın Əhmədov (125 kq) ikinci, Sahib Dadaşov (79 kq) üçüncü yeri tutublar. Cüdoçulardan isə Eltac Yusifli (66 kq) fəxri kürsünün ikinci, Elcan Şəfiyev (81 kq) isə üçüncü pilləsinə qalxıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir