İdman

“Abşeron”un baş məşqçisi: “Qələbələrimiz davam edəcək”

Sharing is caring!


“Qələbələrimiz davam edəcək”.

Bunu qadın voleybolçulardan ibarət “Abşeron” klubunun baş məşqçisi Famil Ağayev Azərbaycan Voleybol Federasiyasının Mətbuat Xidmətinə açıqlamasında deyib.

Mütəxəssis 2023/2024 mövsümünün açılış oyununda “Azərreyl” üzərində qələbəni dəyərləndirib:

“Möhtəşəm açılış oldu. Buna görə Azərbaycan Voleybol Federasiyasına təşəkkürümü bildirirəm. Mövsümün ilk matçını keçirmək bizə qismət oldu. Komanda şəklində gözəl oynayaraq, “Azərreyl” üzərində qələbə qazandıq”.

Qeyd edək ki, kubokun sahibi “Abşeron” ölkə çempionu “Azərreyl” üzərində 3:1 hesablı qələbə qazanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir