İdman

Premyer Liqa: Bu gün “Neftçi” “Qəbələ” ilə, “Zirə” isə “Sabah”la səfərdə qarşılaşacaq – CƏDVƏL

Sharing is caring!


Bu gün Azərbaycan Premyer Liqasında XII tura yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, son gündə iki oyun keçiriləcək.

Əvvəlcə “Neftçi” meydana çıxacaq. “Ağ-qaralar” autsayderlər zonasında qərarlaşan “Qəbələ”nin qonağı olacaq. Adrian Mutunun yetirmələri liderlər qrupundan daha da uzaq düşməmək üçün səfərdə mütləq qalib gəlməlidirlər.

Tur paytaxt derbisi ilə başa çatacaq. Uğursuz mövsüm keçirən “Sabah” əks qrafik cızaraq liderlər qrupunda yer alan “Zirə”ni qəbul edəcək. Rəşad Sadıqovun kollektivi liderliyi itirməmək üçün çətin səfər görüşündə hesabına 3 xal yazdırmalıdır.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Səbail” “Turan Tovuz”u (2:1), “Qarabağ” “Kəpəz”i (7:1), “Sumqayıt” isə “Araz-Naxçıvan”ı (2:0) məğlub ediblər.

Premyer Liqa
XII tur
5 noyabr

16:00. “Qəbələ” – “Neftçi”
Baş hakim: Kamal Umudlu
Qəbələ şəhər stadionu

18:30. “Sabah” – “Zirə”
Baş hakim: Tural Qurbanov
“Bank Respublika Arena”

Bombardirlər: Olavio Juninyo (“Qarabağ”) – 9 qol, Aleksandr Ramalinqom (“Səbail”) – 6 qol.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir