Cəmiyyət

Oxu.Az-ın, “Report”un və “Kaspi” qəzetinin əməkdaşları MEDİA-nın müsabiqəsində qalib oldular

Sharing is caring!


Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən 27 noyabr 2023-cü il tarixində elan olunmuş “Fərdi jurnalist müsabiqəsi”nin nəticələri açıqlanıb.

Müsabiqənin nəticələrini bu gün MEDİA elan edib.

Oxu.Az-ın əməkdaşı Könül Soltanova (Cəfərli) “Fərdi jurnalist müsabiqəsi”nin “Ən yaxşı araşdırma” nominasiyası üzrə qalibi olub.

Qeyd edək ki, müsabiqədə fərqlənənlər arasında “Report” İnformasiya Agentliyinin iki, “Kaspi” qəzetinin isə bir əməkdaşı da var.

Belə ki, Tural İbadlı (“Report”) “Ən yaxşı müsahibə”, Sədrəddin İsmayılov Soltan oğlu (“Report”) “Ən yaxşı ictimai-siyasi təhlil” və Aygün Cəfərova (“Kaspi”)  “Ən yaxşı müsahibə” nominasiyaları üzrə qalib olaraq mükafatlandırılıblar. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir