Kriminal

Abşeronda küçədə sataşdığı qadını döyən şəxsə elektron qolbaq taxıldı

Sharing is caring!


Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıqda təqsirləndirilən Əli Qəhrəmanovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 1 il 8 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilib, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

İttihama görə, 1996-cı il təvəllüdlü Əli Qəhrəmanov hadisə günü Bakı şəhəri, Biləcəri qəsəbəsindən markası və dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan avtomobilə müştəri qismində əyləşərək, şəxsi işləri ilə əlaqədar olaraq Xırdalan şəhərinə gəlib. O, orada yolu keçən tanımadığı Zəminə Qafarovaya (ad və soyad şərti – red.) tanış olmaq məqsədilə yaxınlaşaraq, onunla getməyi təklif edib. Həmin vaxt qadın Əli ilə kobud danışıb. Bu zaman o, bunu səbəb gətirərək Zəminənin üz nahiyəsindən bir neçə dəfə yumruqla vurub, saçından tutaraq baş nahiyəsini müştəri qismində gəldiyi avtomobilə çırparaq ona sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirib. Daha sonra Əli Zəminə Qafarovanın yanında olan, rəfiqəsinin qızı 2007-ci il təvəllüdlü Səlimə Nəcəfovanın (şərti) qolundan tutub zorla həmin yerə gəldiyi avtomobilə mindirərək, ona sol diz nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirib.

Məhkəmə istintaqında Əli Qəhrəmanov ona elan edilmiş ittihamda özünü təqsirli bilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir