İdman

Lionel Messi DÇ-2026-da iştirakı ilə bağlı sualı cavablandırıb

Sharing is caring!


“İnter Mayami”nin hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatında mümkün iştirakından danışıb.

“Növbəti dünya çempionatı? O zaman mənim neçə yaşım olacağını nəzərə alsaq, bu bir qədər çətin görünür, amma baxarıq”,- deyə futbolçu bildirib.

Xatırladaq ki, oktyabrın 30-da Fransanın “France Football” qəzetinin ötən mövsümün nəticələrinə görə mükafatlandırma mərasimi baş tutub. Səsvermənin nəticələrinə görə, ABŞ-nin “İnter Mayami” komandasının və Argentina millisinin 36 yaşlı hücumçusu Lionel Messi karyerasında səkkizinci dəfə “Qızıl top” mükafatını alıb. İkinci yeri “Mançester Siti”nin hücumçusu Erlinq Holand tutub, üçlüyü isə PSJ-nin hücumçusu Kilian Mbappe tamamlayıb.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir