İdman

Azərbaycan futbolunda qorxulu anlar: Tanınmış futbolçu huşunu itirdi – VİDEO

Sharing is caring!


“Səbail”in kapitanı Ağabala Ramazanov Azərbaycan Premyer Liqasının XII turunda “Turan Tovuz”la oyunda huşunu itirib.

“Report”un məlumatına görə, hadisə qarşılaşmanın 45-ci dəqiqəsində baş verib.

Top uğrunda hava mübarizəsində rəqiblə baş-başa toqquşan hücumçu yerə yıxılaraq hərəkətsiz vəziyyətdə qalıb. Dərhal həkimlər futbolçuya müdaxilə ediblər.

Meydançaya təcili tibbi yardım maşını girib və oyunçunu xəstəxanaya aparıblar.

Qeyd edək ki, birinci hissəsi başa çatan matçda “Turan Tovuz” 1:0 hesabı ilə öndədir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir