İdman

Azər Əsgərov Azərbaycana dünya çempionatının ilk qızıl medalını qazandırdı – FOTO

Sharing is caring!


Bu gün Əbu-Dabidə veteranlar arasında cüdo üzrə dünya çempionatı start götürüb.

Azərbaycana ilk qızıl medalı “Judo Club 2012”-nin rəhbəri, Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü Azər Əsgərov qazandırıb. 55-59 yaş arası cüdoçular arasında 100 kq-dan yuxarı çəki dərəcəsində Əsgərov növbə ilə Moldova, Macarıstan və Səudiyyə Ərəbistanından olan rəqiblərini məğlub edib.

“Judo Club 2012”nin yaradıcısı üçün bu, Dünya və Avropa çempionatlarında ilk qələbə deyil. O, əvvəllər veteranlar arasında keçirilən böyük yarışlarda medallar qazanıb.

Ümumilikdə Azərbaycan dünya çempionatında 50 cüdoçu ilə təmsil olunur. Komanda dəfələrlə dünya və Avropa çempionu Fərhad Rəcəblinin rəhbərliyi altında çıxış edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir