İdman

“Qəbələ”nin rəqibinin baş məşqçisi: “Çox məyus oldum, çünki həlledici matç idi”

Sharing is caring!


“Çox məyus oldum, çünki həlledici matç idi”.

“Report” xəbər verir ki, bunu UEFA Gənclər Liqasının I mərhələsinin cavab matçında “Qəbələ”nin U-19 komandasına uduzan (0:1) Macarıstan təmsilçisi “Puşkaş Akademiya”nın baş məşqçisi İştvan Kertvelieşi deyib.

Mütəxəssis doğma meydanda mübarizəni dayandırdıqlarına görə məyus olduqlarını bildirib: “Qol vurmaq üçün təhlükəli vəziyyətlər yaratdıq. Hətta son dəqiqələrdə rəqib təhlükəli zərbəni dəf etdi. Uşaqlar kifayət qədər yüksək səviyyədə çıxış edirlər. Daha da irəli getmək onlar üçün vacib idi. Amma heyf ki, bacarmadılar. Axı bu təkcə bir matç deyil, həm də komandanın 1 illik əməyinin nəticəsi idi”.

Xatırladaq ki, bu rəqiblər arasında Qəbələdə baş tutan ilk görüşdə heç-heçə (1:1) qeydə alınmışdı.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir