İdman

Vidadi Rzayev: “Qarabağ”ı “Bayer”lə oyunda çətin mübarizə gözləyir

Sharing is caring!


“Qurban Qurbanov və komandanın rəqiblərini yaxşı analiz etdiklərini düşünürəm”

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın sabiq futbolçusu Vidadi Rzayev UEFA Avropa Liqasının III turunda “Qarabağ”ın Almaniyanın “Bayer” komandasına qarşı keçirəcəyi oyun barədə danışarkən deyib.

56 yaşlı mütəxəssis səfər matçında “Bayer”lə mübarizədə Ağdam təmsilçisinin çətinlik çəkəcəyini də vurğulayıb:

“Qeyd edim ki, il “Bayer” üçün yaxşı başlayıb. “Bayer” güclü komandadır, Almaniya çempionatında da yaxşı nəticələr göstərir. Sabah keçiriləcək oyunda qalib gəlməsək də, ən azından bir xal qazanmalıyıq. Buna baxmayaraq, Almaniya təmsilçisi ilə evdəki oyunun nisbətən asan olacağını düşünürəm”.

Vidadi Rzayev onu da qeyd edib ki, “Bayer”in qrupdan lider olaraq çıxma şansı çox yüksəkdir:

“Qrupda ikinci yer uğrunda mübarizə isə “Qarabağ” və “Molde” komandaları arasında gedəcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir