İdman

Azərbaycan taekvondoçuları Qətər açıq çempionatında beş medal qazanıblar

Sharing is caring!


Taekvondo üzrə Azərbaycan millisi Dohada keçirilən Qətər açıq çempionatını beş medalla başa vurub.

Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, idmançılar G1 kateqoriyalı beynəlxalq turnirdə bir gümüş, dörd bürünc mükafata sahib olublar.

Yalnız finalda məğlub olan Cavad Ağayev (74 kq) fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Həmidreza Badrialiabadi (+87 kq) və Səmərrux Osmanova (53 kq) isə bürünc medala yiyələniblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir