Dünya

Slovakiya konstitusiyasına dəyişikliklərlə bağlı referendum etibarsız sayılıb

Sharing is caring!

Slovakiyanın Dövlət Seçki Komissiyası ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı referendumun nəticələrini etibarsız elan edib.

Belə ki, şənbə günü keçirilmiş referendumda seçicilərin 27,25 faizi iştirak edib. Halbuki, referendumun etibarlı sayılması üçün burada seçicilərin 50 faizindən çoxunun iştirakı tələb olunur.

Seçki komissiyasının məlumatına görə, referendumda 1 milyon 193 min 198 nəfər iştirak edib. Onlardan 97%-i düzəlişləri bəyənib. Səsvermə zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir