Müharibə

Azərbaycan Ordusunun itkin düşən ikinci əsgəri Ermənistanda tapıldı – YENİLƏNİB + FOTO/VİDEO

Sharing is caring!


Sosial şəbəkələrin Ermənistan seqmentində hərbi qulluqçunun foto və videosu yayılaraq, onun itkin düşmüş Azərbaycan əsgəri olduğu iddia edilir.

Hərbi qulluqçunun bu görüntülərindən qarşı tərəfin onunla necə qəddar, öz erməni xislətinə uyğun davrandığı açıq-aydın görünür.

13:33

Azərbaycan Ordusunun itkin düşən ikinci əsgəri Ermənistanda tapılıb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

“Aprelin 13-də Ermənistan ərazisində ikinci Azərbaycan hərbçisi aşkar edilərək saxlanılıb”, – deyə hərbi qurumdan bildirilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki əsgəri – 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov itkin düşmüşdülər. Onlardan biri aprelin 11-də erməni polisi tərəfindən saxlanılmışdı.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir