Cəmiyyət

Ağsuda qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələndilər

Sharing is caring!

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-yoxlama tədbirləri keçiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, piyada səkilərində, yol kənarlarında antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb.

Həmin şəxslərə qanunvericiliyin tələbləri izah olunub və ancaq müəyyən edilmiş yerlərdə ticarətlə məşğul olmaları onların diqqətinə çatdırılıb.

Ümumilikdə, cari il ərzində keçirilən yoxlamalar zamanı 47 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir