İdman

Renat Dadaşov: “Fənərbağça” güclü rəqibdir, istədiyimiz nəticəni qazana bilmədik”

Sharing is caring!


Türkiyənin “Hatayspor” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Superliqanın IX turunda “Fənərbağça”ya 2:4 hesabı ilə uduzduqları səfər oyunu ilə bağlı fikirlərini bölüşüb.

Oxu.Az xəbər verir ki, 24 yaşlı hücumçu bu barədə şəxsi “Instagram” hesabında paylaşım edib.

“Güclü rəqib qarşısında istədiyimiz nəticəni qazana bilmədik. Cümə günü reallaşacaq növbəti matça köklənəcəyik”, – deyə Dadaşov vurğulayıb.

Qeyd edək ki, sözügedən oyuna start heyətində başlayan Renat Dadaşov sonadək meydanda olub. “Hatayspor” oktyabrın 27-də “Kayserispor”u qəbul edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir