Gündəm

Hüseynlə görüşdə fanatları kəmərlə döydülər – Video

Sharing is caring!

Xəbər verdiyimiz kimi, Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov bu gün Bakıda ticarət mərkəzlərindən birində pərəstişkarları ilə görüşüb. 

Xəbəral.az xəbər verir ki, görüşdən görüntülər sosial şəbəkədə yayılıb və tənqid edilib. Belə ki, məkanda izdiham yaşanıb. Buna səbəb isə blogerin pərəstişkarlarına bahalı telefon verəcəyini vəd etməsi olub. 

Hüseyn video paylaşaraq məkanda 5 dəqiqədən artıq qala bilmədiyini deyib. O bildirib ki, insanlar səhnəyə hücum edib və buna görə oradan uzaqlaşmalı olub. 

Digər bir görüntüdə isə bir şəxsin kəmərlə səhnəyə qalxmaq istəyən insanları vurmağa çalışması olub. 

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir