Dünya

SAXAL Qəzzada saxlanılan girovların sayını açıqladı

Sharing is caring!


Qəzza zolağında olan girovların sayı azı 222 nəfərdir.

Bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) sözçüsü Daniel Haqari brifinqdə bildirib.

“İsrail Silahlı Qüvvələri qaçırılan insanların ailələri ilə əlaqə saxlayır”, – deyə o əlavə edib.

Haqari, həmçinin bildirib ki, hazırda Fələstinin radikal HƏMAS hərəkatının mindən çox tərəfdarı İsrail hərbçilərinin əlindədir.

Xatırladaq ki, bundan əvvəl Qəzza zolağında 210 nəfərin girov saxlanıldığı bildirilib. 

Həmçinin qeyd edək ki, Təl-Əviv küçələrində HƏMAS tərəfindən qaçırılan mülki şəxslərin fotoları asılıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir