Cəmiyyət

“Azərpoçt” MMC-dən silahlı basqında ölən şəxslə bağlı AÇIQLAMA

Sharing is caring!

Bu gün Bakının Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən hipermarketə edilmiş silahlı basqın nəticəsində həyatını itirən şəxsin “Azərpoçt” MMC-nin İnkassasiya Xidmətinin əməkdaşı olduğuna dair məlumatlar yayılıb. 

“Azərpoçt” MMC-nin mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Bakıda silahlı şəxslərin hücumu nəticəsində həyatını itirən Həsənov Rüfət Rahib oğlu “Azərpoçt” MMC-nin əməkdaşı deyil”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir