İdman

“Ferrari”nin ən bahalı avtomobili hərraca çıxarılır

Sharing is caring!


Dünyanın ən nadir “Ferrari”lərindən biri olan 250 GTO “Sotheby’s”də hərraca çıxarılır.

Söhbət dörd litrlik V12 mühərriki olan 1962-ci il avtomobilindən gedir.

O “Ferrari”nin bu mühərriklə istehsal etdiyi üç nüsxədən biridir.

Hərrac təşkilatçıları avtomobilin “Ferrari” brendi üçün rekord qiymətə satılacağını gözləyirlər. Belə ki, 2018-ci ilin avqustunda Monterreydə “Sotheby’s” hərracında seriya nömrəsi 3413 olan nüsxə 56,4 milyon dollara satılıb.

Cari hərrac noyabrın 13-də Nyu-Yorkda keçiriləcək.

Mənbə: championat.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir