Dünya

Amazonun qədim sirləri: 2000 ildən çox yaşı olan oymalar aşkar olundu – FOTO

Sharing is caring!


Bir çox tarixçi və elm adamı kəşfdən məmnun olsa da, bu, on minlərlə insanın həyatına mənfi təsir göstərən bir əsrin ən dəhşətli quraqlığının nəticəsidir.

Bu yaxınlarda Amazoniyanın bəzi ərazilərində şiddətli quraqlıq yaşanıb ki, bu da çayların səviyyəsinin aşağı düşməsinə səbəb olub. Bunun nəticəsində çayların sahillərində əvvəllər su altında gizlənmiş qaya təsvirləri aşkar edilib. Bu qayalar təxminən 2000 il yaşı ola biləcək insan fiqurlarını əks etdirən oymalarla bəzədilib.

27 ildir ki, Amazoniyanın əsas şəhəri Manausda yaşayan Livia Ribeyro bu kəşfə heyran qalıb.

“Onları görəndə şoka düşdüm. Bu illər ərzində burada yaşasam da, heç vaxt belə bir təsvirləri görməmişəm”, – o deyib.

Kəşf olunan təsvirlər bu yaxınlarda ən aşağı su səviyyəsinə çatan Neqro çayının suları altında gizlədilib.

Mənbə: focus.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir