İdman

İstanbul derbisi: İkardi yenə oyunun taleyini həll etdi – VİDEO

Sharing is caring!


Türkiyə Super Liqasının IX turunda İstanbul derbisi baş tutub.

Oxu.Az xəbər verir ki, “Qalatasaray” öz meydanında “Beşiktaş”a qalib gəlib – 2:1.

Hesabı 26-cı dəqiqədə “sarı-qırmızılar”ın heyətində Mauro İkardi açıb. Dörd dəqiqə sonra “Beşiktaş” daha bir zərbə alıb. Bu dəfə komandanın qapıçısı Mert Günok birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Lakin 69-cu dəqiqədə Aleks-Oksleyd Çemberleyn “qara qartal”ın bərabərlik qolunu vurub. Bu, “Beşiktaş”a xal qazanmaq üçün kifayət etməyib. 82-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Mauro İkardi “Qalatasaray”a qələbə qazandırıb.

Xallarını 25-ə çatdıran “Qalatasaray” ən azı bir günlük zirvəyə yüksəlib. “Beşiktaş” 16 xalla dördüncüdür.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir