Dünya

İsrailin Baş qərargah rəisi Qəzzaya daxil olmağa hazırlaşan piyada qoşunu qarşısında nitq söylədi – VİDEO

Sharing is caring!


İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi Qəzza zolağına daxil olmağa hazırlaşan İsrail ordusunun piyada qoşunları qarşısında çıxış edib.

Herzi Halevi qeyd edib ki, HƏMAS-ın onlara qarşı “sürprizlər” hazırladıqlarından xəbərdardırlar, lakin İsrail hərbçiləri bütün tapşırıqların öhdəsindən gəlməyə hazırdır:

“Biz Qəzza zolağına daxil olacağıq, HƏMAS yaraqlılarını, HƏMAS-ın infrastrukturunu məhv etmək missiyasını yerinə yetirəcəyik. Qəzza sıxdır, orada çoxlu düşmən var, o hazırlaşıb, amma biz də hazırlaşmışıq” – İsrail ordusunun Baş qərargah rəisi bildirib.

Mənbə: Unian

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir