İdman

Premyer Liqa: “Zirə” autsayder “Kəpəz”in müqavimətini qıra bilmədi

Sharing is caring!


Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, “Kəpəz” “Zirə”ni qəbul edib. Gəncə şəhər stadionundakı təmir işləri ilə əlaqədar Tovuz şəhər stadionunda keçirilən görüşdə qalib müəyyənləşməyib. 90 dəqiqə ərzində qapılara top vurulmayıb – 0:0.

Bu nəticədən sonra xalı 20-yə çatan “Zirə” birinci pilləyə yüksəlib. “Kəpəz” altı xalla sonuncu – 10-cudur.

Qeyd edək ki, turun daha bir oyunu bu gün saat 18:00-da “Sabah”la “Sumqayıt” arasında oynanacaq. Dünənki matçlarda “Qarabağ” səfərdə “Turan Tovuz”la heç-heçə edib (2:2), “Neftçi” isə rəqib meydanında “Səbail”ə qalib gəlib – 2:4. Tura sabah keçiriləcək “Qəbələ” – “Araz-Naxçıvan” qarşılaşması ilə yekun vurulacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir