İdman

Ramin Nəsirli: “10 nəfərə qarşı oynamaq çətin idi, növbəti matçda qələbəyə inanıram”

Sharing is caring!


“10 nəfərə qarşı oynamaq çətin idi, növbəti matçda qələbəyə inanıram”.

Bunu “Report”a açıqlamasında 21 yaşadək Azərbaycan millisinin üzvü Ramin Nəsirli Bakıda Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzduqları AVRO-2025-in seçmə mərhələ matçı barədə danışarkən deyib.

21 yaşlı futbolçu rəqibin qırmızı vərəqə aldıqdan sonra müdafiəyə çəkildiyini və sıx oynadığını bildirib:

“Beləliklə, işimiz bir az çətinləşdi. Komanda şəklində oyuna yaxşı hazırlaşmışdıq və qələbə qazanacağımıza da inanırdıq. Rəqibdən də üstün oynadıq. Lakin əlimizə düşən fürsətləri dəyərləndirə bilmədik və bu, sonda məğlubiyyətə gətirib çıxardı”.

Yarımmüdafiəçi penaltini dəyərləndirə bilməmələri barədə danışıb:

“Futbolda belə hallar olur. Qol olsaydı, qarşılaşmanın sonunda fərqli hesab görə bilərdik”.

Nəsirli oktyabrın 17-də Lüksemburqa qarşı keçirəcəkləri görüş barədə də fikirlərini bölüşüb:

“Ümid edirəm ki, ilk qalibiyyətimizi bu matçda əldə edəcəyik. Komanda olaraq çox yaxşı hazırlaşırıq. Qələbə qazanacağımıza inanıram”.

Qeyd edək ki, “Azərsun Arena”da reallaşacaq Azərbaycan – Lüksemburq oyunu saat 18:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir