İdman

Azərbaycanın daha iki boksçusu Avropa Kubokunda medalı təmin etdi

Sharing is caring!


Azərbaycanın daha iki boksçusu Monteneqronun Budva şəhərində keçirilən Avropa Kubokunda medalı təmin edib.

Oxu.Az xəbər verir ki, yarımfinala yüksələn Tayfur Əliyev (60 kq) və qardaşı Sərxan Əliyev (71 kq) ən azı bürünc medalı rəsmiləşdiriblər.

T.Əliyev 1/4 finalda Rusiyanı təmsil edən Arşak Tovmasyanı 4:3 hesabı ilə məğlub edib. O, finala gedən yolda fransalı üçqat dünya çempionu Sofyan Umia ilə döyüşəcək.

S.Əliyev isə bu mərhələdə Miroslav Kapulerdən (İsrail) güclü olub. Görüşün taleyini ilk raundda həll edərək, tam üstünlüklə qalib gələn boksçu yarımfinalda polşalı Damian Durkaçla münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan millisinin üç boksçusu yarımfinala yüksəlib. Finala yüksəlmək üçün Tural Sarıyev (48 kq) Rusiya təmsilçisi Artış Soyanı, Malik Həsənov (63,5 kq) israilli Ahmad Ştivini, Mirşərif Kazımzadə (75 kq) isə Rusiyanın digər boksçusu Cambulat Bijamovu (Rusiya) üstələməlidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir