Cəmiyyət

Dörd yaşlı Rəvanın müalicəsi üçün 500 manata ehtiyacı var – FOTO

Sharing is caring!


2019-cu il təvəllüdlü Rəvan Ramik oğlu Səfiyev bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Bu barədə Oxu.Az-a onun anası İlhamə Səfiyeva məlumat verib.

O bildirib ki, hadisə ehtiyatsızlıq üzündən baş verib:

“Evdə elektrikli çaydanı qoşub su qızdırırdım. Bu zaman 4 yaşlı oğlum onun kabelindən dartdı. Çaydanda olan su onun başından aşağı töküldü. Biz Tovuzda yaşayırıq. Oradan təcili yardım maşını ilə Bakıya gəldik. Xəstəxanaların birində 10 günə yaxın qaldıq. Övladımın müalicəsinə imkanım çatmadığı üçün yarımçıq dayandırıb rayona qayıtmağa qərar verdik. Yardımsevər insanların köməyi ilə yenidən Bakıya qayıtdıq və Rəvan dəriköçürmə əməliyyatı olundu. Yoldaşım rayonda göyərti əkib, qapımızda satır. Mən də ona kömək edirəm. Başqa gəlir yerimiz yoxdur. Sağ olsun xalqımız, Rəvanın müalicəsi üçün də bizə əl uzadıb. İndi yenidən Rəvan müalicəyə başlamalıdır. Oğlumun müalicəsi (dərmanları), reabilitasiyası və yanan yerlərin masajı üçün lazım olan 1 500 manatın 1 000 manatını toplaya bilsək də, 500 manatımız çatmır. İmkanlı şəxslərdən yenidən bu pulu toplayıb Rəvanı sağalda bilməyim üçün mənə dəstək olmalarını xahiş edirəm”.

Əlaqə nömrəsi: (050) 346-19-49

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir