İdman

DÇ-2024: Azərbaycan millisi Qazaxıstanın qonağı olacaq

Sharing is caring!


Futzal üzrə Azərbaycan millisi 2024-cü ildə keçiriləcək dünya çempionatının (DÇ-2024) elit mərhələsində növbəti oyununa çıxacaq.

Oxu.Az xəbər verir ki, A qrupunda yer alan yığma IV turda Qazaxıstanla qarşılaşacaq.

Beş gün əvvəl Bakıda rəqibinə məğlub olan (2:4) Vitali Borisovun yetirmələri bu dəfə səfər matçına çıxacaqlar. Astanadakı Jekpe-Jek Sarayında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Görüşü sloveniyalı hakimlər Trayan Ençev, Kaloyan Kirilov və İvo Tsenov idarə edəcəklər.

Hazırda Qazaxıstan doqquz xalla qrupda liderlik edir. Yığmamız 3 xalla üçüncü pillədə qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir