İdman

“Qarabağ”ın İsveçə səfər proqramı müəyyənləşdi

Sharing is caring!


UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda İsveçin “Hakken” klubunun qonağı olacaq “Qarabağ”ın səfər proqramı müəyyənləşib.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan çempionu bu gün saat 18:00-da İsveçə yola düşəcək.

Ağdam təmsilçisi orada “Scandic Opallen Hotel”də məskunlaşacaq. Oyunöncəsi son məşq oktyabrın 4-də baş tutacaq. Əvvəlcə Bakı vaxtı ilə saat 20:40-da baş məşqçi Qurban Qurbanov və futbolçu Abdullah Zubir mətbuat konfransına qatılacaqlar. Bundan 20 dəqiqə sonra isə komanda matçın oynanılacağı “Ullevi” stadionunda məşqə çıxacaq.

Qeyd edək ki, oktyabrın 5-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir