Cəmiyyət

Naxçıvanda universitetin qarşısında 20 yaşlı qızı maşın vurub

Sharing is caring!


Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin Babək məhəlləsində, “Naxçıvan” Universitetinin qarşısında qeydə alınıb.

Tapdıq İsa oğlu Həydərzadənin idarə etdiyi 75-BL-174 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobil yolu keçən Şahbuz rayon Keçili kənd sakini 2003-cü il təvəllüdlü Səlfinaz Sabir qızı Babayevanı vurub. Hadisə nəticəsində ciddi xəsarət alan 20 yaşlı qız təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir