Siyasət

Qərbi Azərbaycan İcması erməni kilsəsini təxribatçı fəaliyyətə son qoymağa çağırdı

Sharing is caring!


Qərbi Azərbaycan İcması erməni kilsəsini təxribatçı fəaliyyətə son qoymağa çağırıb.

Oxu.Az xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, Qərbi Azərbaycan İcması erməni katolikoslarının Azərbaycanın Qarabağ bölgəsində özünə “parlament sədri” kimi qondarma ad vermiş şəxsi təbrik edərək təxribatçı fikirlər səsləndirmələrini kəskin şəkildə pisləyir və bunu Azərbaycanın daxili işlərinə kobud müdaxilə kimi qiymətləndirir.

Qərbi Azərbaycan İcması erməni kilsəsini Ermənistanın düşdüyü acınacaqlı vəziyyətin, onun “tam iflasa uğramış dövlət” olmasının əsas günahkarlarından biri hesab edir. 30 il ərzində Azərbaycan ərazilərinin işğalını, etnik təmizləməni alqışlamış erməni kilsəsi bu gün də düşmənçiliyi, nifrəti, revanşizmi təşviq edir.

Qərbi Azərbaycan İcması erməni kilsəsini bu kimi təxribatçı fəaliyyətə son qoymağa, sülhü, barışığı təbliğ etməyə və bu xüsusda Ermənistan hakimiyyətini İcmanın dialoq təklifini cavablandırmağa təşviq etməyə, Ermənistanda Azərbaycan xalqının tarixi və dini irsinin dağıdılması, təhrif olunması siyasətinə qarşı çıxmağa çağırır.

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti, beynəlxalq təşkilatları erməni kilsəsinin destruktiv, dini bölücülük salan, Azərbaycanafob əməllərini pisləməyə çağırır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir