Cəmiyyət

Naxçıvanda uşaqların kütləvi dispanserizasiyasına başlanıldı – FOTO

Sharing is caring!


Naxçıvan Muxtar Respublikasının orta məktəb və məktəbəqədər müəssisələrində “İnsan Hüquqları Aylığı” çərçivəsində uşaqların kütləvi dispanserizasiyasına başlanılıb.

“Report” xəbər verir ki, 8 müxtəlif ixtisaslı həkim briqadasının apardığı müayinə Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbdə aparılıb.

Həmçinin, bu gündən məktəblərdə profilaktiki flüoqrafiya müayinələrinə də start verilib.

Qeyd edək ki, bu humanist tədbir bir ay davam edəcək. Bundan Naxçıvan şəhərində yerləşən 21 məktəbdə təhsil alan 15 mindən çox şagird yararlanacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir