İdman

Ronaldu qol vurdu, “Ən-Nəsr” Çempionlar Liqasında qələbə qazandı – VİDEO

Sharing is caring!


Səudiyyə Ərəbistanının “Ən-Nəsr” komandası Asiya Futbol Konfederasiyası Çempionlar Liqasının qrup mərhələsinin ikinci tur matçında Tacikistanın “İstiqlol” klubunu məğlub edib.

Ər-Riyadda keçirilən E qrupunun görüşü 3:1 hesabı ilə başa çatıb. Meydan sahiblərinin heyətində Ronaldu (66-cı dəqiqə) və Taliska (72, 77) fərqlənib. Qonaqların qolunu isə Senin Sebai (44) vurub.

Hazırda “Ən-Nəsr” iki oyundan altı xalla qrupa başçılıq edir. “İstiqlol” 1 xalla sonuncu yerdədir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir