Dünya

ABŞ şirkətləri sanksiyaları heçə sayır: Türkiyə vasitəsilə Rusiya ilə gizli iş aparmaq istəyir

Sharing is caring!

ABŞ-dan olan bəzi təşkilatlar Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalardan yan keçərək, türk şirkətlərinə “müəyyən komissiya müqabilində” Rusiya ilə ticarət etməyi təklif edirlər. Son aylar amerikalılardan belə təkliflərin sayı artıb.

Rusiyada mal alan şirkətlər Rusiya-Türkiyə-Dubay-ABŞ marşrutu ilə gedirlər. Baş ofisi ABŞ-da yerləşən bir çox beynəlxalq şirkətlər Dubayın azad zonalarında yaradılmış törəmə şirkətlərini bu prosesə cəlb ediblər. ABŞ müəssisələri Rusiya bazarını tərk etməklə öz itkilərini belə qarşılamaq istəyirlər.

ABŞ-ın maraq göstərdiyi əsas Rusiya malları arasında neft-kimya məhsulları, mineral yanacaqlar, qiymətli metallar və daşlar, taxıllar, dəmir və polad, gübrələr və qeyri-üzvi kimyəvi maddələr, o cümlədən spirtli içkilər yer tutur.

Mənbə: Yeni Şafak

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir